Tramp: “Qəzzada atəşkəs istəyirəm, uşaqlar acdır – biz yardım edirik, amma…”

Tramp: “Qəzzada atəşkəs istəyirəm, uşaqlar acdır – biz yardım edirik, amma…”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı humanitar böhranla bağlı bir sıra diqqətçəkən açıqlamalar verib. O, bölgədə təcili atəşkəsin vacibliyini vurğulayıb və ABŞ-ın göstərdiyi yardımlara görə təşəkkür görmədiyini bildirib.

Redaksiya xəbər verir ki, Tramp çıxışında deyib:
“Qəzzada atəşkəs istəyirəm. Televiziyadan gördüyümüz qədərilə Qəzzadakı uşaqlar çox ac görünür.”

Prezident əlavə edib ki, ABŞ bölgədə aclıq çəkən insanlara dəstək verir, lakin bu yardımların qarşılığında minnətdarlıq göstərilmir:
“Qəzzada aclıq çəkən insanları biz yedizdirəcəyik, amma kimsə bizə təşəkkür etməlidir. 60 milyon dollar verdik və heç kim təşəkkür etmədi.”

Tramp həmçinin bildirib ki, Həmas ölü və ya diri heç bir əsiri təhvil vermək istəmir və bu, sülh danışıqlarını daha da çətinləşdirir.

ABŞ-ın beynəlxalq münaqişələrə təsirindən danışan Tramp əlavə edib:
“Əgər biz olmasaydıq, bu gün dünyada altı böyük müharibə başlamış olardı.”

Rusiya ilə bağlı münasibətlərə toxunan Tramp bildirib ki, “Putinə 50 günlük vaxt vermişdim. İndi bu müddəti azaldacağam.”

Ekspertlərə görə, bu açıqlamalar ABŞ-ın Yaxın Şərq və qlobal siyasətdəki yeni tonunu müəyyən edə bilər.

Sevinc Kərimova