Tramp: “Qəzza razılaşması İsrail üçün böyük bir uğurdur”

Tramp: “Qəzza razılaşması İsrail üçün böyük bir uğurdur”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib. O, İsrailin artıq böyük bir nailiyyət əldə etdiyini və əlavə güzəştlərə ehtiyac olmadığını vurğulayıb.

Redaksiya xəbər verir ki, Trampın sözlərinə görə, Qəzza planı Yaxın Şərqə uzunmüddətli sülh gətirəcək. Prezident qeyd edib ki, girovların azad edilməsi prosesi yaxın günlərdə başa çatacaq və danışıqların nəticələri iki gün ərzində aydınlaşacaq.

Tramp həmçinin bildirib ki, ABŞ bütün tərəflərlə aktiv şəkildə işləyir və məqsəd bölgədə sabitlik və təhlükəsizliyin bərqərar olunmasıdır.