Tramp oğlunun toyuna qatılmayacağını açıqladı

Tramp oğlunun toyuna qatılmayacağını açıqladı

Aytac Dəniz · Media ·

ABŞ Prezidenti Donald Tramp oğlu Donald Tramp Jr.-ın toy mərasimində iştirak edə bilməyəcəyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Tramp Truth Social hesabında paylaşım edərək oğlu Don Jr. və gəlini Bettina ilə birlikdə olmaq istədiyini, lakin dövlət işləri və ABŞ-a olan məsuliyyəti səbəbindən bunu edə bilməyəcəyini bildirib.

Tramp qeyd edib ki, hazırkı mühüm dövrdə Vaşinqtonda, Ağ Evdə qalmağı vacib hesab edir.

ABŞ prezidenti paylaşımında Don Jr. və Bettinanı təbrik edib.

Açıqlama ABŞ administrasiyasının İran, Kuba və digər beynəlxalq böhranlarla bağlı gərgin gündəmi fonunda verilib.