ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatı ilə bağlı açıqlama verib.
Redaksiya xəbər verir ki, Tramp bildirib: “Əslində Nobel Mükafatını alan şəxs mənə zəng edib və onu mənim şərəfimə qəbul etdiyini söylədi. Mən ‘onda mənə verin’ demədim, amma o, çox xoş biri idi.”
Tramp, Venesuelada müxalifət lideri Maria Korina Maçadoya kömək etdiyini vurğulayıb: “Ona proses boyunca kömək etmişəm, Venesuelada çox yardıma ehtiyac var.”
O, həmçinin əlavə edib ki, “bu mükafat əslində 2024-cü il üçün verilib, mən o zaman seçki kampaniyası aparırdım.”
Tramp sözlərini belə yekunlaşdırıb: “Mən milyonlarla insanın həyatını xilas etdiyim üçün xoşbəxtəm.”
