ABŞ Prezidenti Donald Trampın nəvəsi ilə qolf oynayarkən çəkilən videosu sosial şəbəkələrdə 400 mindən çox baxış toplayıb.
Redaksiya xəbər verir ki, nəvəsinin “Ağ Evdə işlər necə gedir?” sualına Tramp “Hər şey əladır, yeddi müharibəni bitirdim” cavabını verib. O, həmçinin Vladimir Putin və Volodimir Zelenski arasında sülhün əldə olunacağına ümid etdiyini bildirib.
Tramp əlavə edib ki, “digər məsələlər də çox yaxşı gedir” və ABŞ iqtisadiyyatının “çox güclü vəziyyətdə” olduğunu deyib. Nəvəsi isə qısa cavabla “bəli, bəli” deyə reaksiya verib.
Qolf sahəsinin digər hissəsinə qolf-karla keçərkən Trampla qarşılaşan bir sürücü onu salamlayıb, Tramp isə ona “vergiləri azaldacağına” söz verib.
