ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində – Knessetdə çıxışı zamanı İsrail Prezidenti İsxaq Hersoqa müraciət edərək Baş nazir Benyamin Netanyahunun barəsindəki korrupsiya işi üzrə əhv qərarı çıxarmağı təklif edib.
Redaksiya xəbər verir ki, Tramp “Cənab Hersoq, nə üçün Netanyahunu əhv etmirsiniz? Onu bağışlayın” deyib. ABŞ Prezidentinin bu sözləri zalda qısa təəccüblə qarşılanıb.
Tramp çıxışının davamında Netanyahunun Qəzza sülh razılaşmasında “tarixi liderlik” göstərdiyini vurğulayıb və onun “İsrail üçün böyük işlər gördüyünü” bildirib.
