ABŞ prezidenti Donald Tramp İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbədən sonra vəziyyətin nəzarətdən çıxdığını hesab edib. Bu barədə Trampın kürəkəni və müşaviri Cared Kuşner məlumat verib.
Redaksiya xəbər verir ki, Kuşner CBS telekanalına verdiyi müsahibədə Trampın “İsrailin bir qədər nəzarətdən çıxdığını hiss etdiyini” və “artıq güclü şəkildə müdaxilə edib, onların uzunmüddətli maraqlarına uyğun olmayan addımlar atmasının qarşısını almaq vaxtının çatdığını düşündüyünü” bildirib.
Kuşnerlə birgə çıxış edən Stiv Uitkoff isə İsrailin bu addımlarının “metastatik effekt” yaratdığını deyib. Onun sözlərinə görə, Qətər “HƏMAS hərəkatı ilə aparılan danışıqlarda kritik rol oynayır” və bu hücum regiondakı diplomatik səyləri daha da çətinləşdirib.
