ABŞ prezidenti Donald Tramp İranın son hücumu ilə bağlı açıqlama verib.
Redaksiya xəbər verir ki, Tramp bildirib: “İrana əvvəlcədən bizə xəbər verdikləri üçün təşəkkür edirəm. Bunun sayəsində heç bir insan itkisi və xəsarət olmayıb.”
Tramp əlavə edib ki, bəlkə də artıq İran bölgəyə sülh və harmoniya gətirmək üçün yeni mərhələyə keçə bilər: “Mən də İsraili eyni addımı atmağa ciddi şəkildə təşviq edəcəyəm.”
Sevinc Kərimova
