Tramp İran müharibəsini “qələbə” elan edərək bitirməyi düşünür

Tramp İran müharibəsini “qələbə” elan edərək bitirməyi düşünür

Yulduz Səlimov · Media ·

ABŞ Prezidenti Donald Trampın İrana qarşı son genişmiqyaslı hərbi əməliyyatdan sonra müharibəni “qələbə” elan edərək bitirmək variantını nəzərdən keçirdiyi bildirilir.

Redaksiya Axios-a istinadla xəbər verir ki, məsələ ABŞ administrasiyası daxilində aparılan müzakirələr zamanı gündəmə gəlib.

Məlumata görə, Tramp həm diplomatik razılaşma, həm də mümkün yekun hərbi zərbə ssenarilərini paralel şəkildə qiymətləndirir. 0

Axios yazır ki, Ağ Ev daxilində bəzi rəsmilər ABŞ-ın artıq əsas strateji məqsədlərinə çatdığını və Trampın müharibəni uzatmadan siyasi “qələbə” formatında yekunlaşdırmaq istədiyini düşünür. 1

Eyni zamanda Vaşinqtonda İranla bağlı yeni hərbi variantların da müzakirə olunduğu bildirilir. ABŞ administrasiyası Tehranla danışıqlarda nəticə əldə olunmasa, əlavə zərbələri istisna etmir. 2

Mövzu ətrafında ABŞ Konqresində də fikir ayrılığı davam edir. Respublikaçılar İran müharibəsini məhdudlaşdıracaq qətnamə üzrə səsverməni iyuna qədər təxirə salıblar. 34