Tramp indi də Kovboy geyimində sərt mesaj verdi

Tramp indi də Kovboy geyimində sərt mesaj verdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da paylaşım edərək sərt açıqlamalar verib. O, “Səhərlər deportasiyaların qoxusunu sevirəm” sözləri ilə miqrasiya siyasətinə münasibətini ifadə edib.

Redaksiya xəbər verir ki, Tramp mesajında həmçinin Çikaqonu hədəfə alaraq, şəhərin “niyə Savaş Nazirliyi adlandırıldığını” tezliklə anlayacağını bildirib. Trampın paylaşdığı şəkildə "ChipocalypseNow" (Çipokaliptikalaşdır) şüarı qeyd edilib.

Prezidentin bu qeydləri ABŞ-da miqrasiya və daxili təhlükəsizlik mövzularında gərgin müzakirələri bir daha gündəmə gətirib.