ABŞ Prezidenti Donald Tramp ABŞ-da tanınmış ictimai xadim Çarli Körkün vida mərasimində “Tesla” və “SpaceX” rəhbəri İlon Maskla diqqətçəkən dialoq qurub. Britaniyanın “Daily Mail” nəşri dodaq oxuma mütəxəssisinin köməyi ilə onların danışığını açıqlayıb. Tramp Maskı salamlayaraq “Necəsən?” deyib, ardınca isə “İlon, eşitdim ki, mənimlə danışmaq istəmisən” sözlərini əlavə edib. Mask isə çiyinlərini çəkərək cavab verib.
Redaksiya Daily Mail-ə istinadla xəbər verir ki, daha sonra söhbətə UFC prezidenti Dana Uayt da qoşulub. Tramp onun yanında “Gəlin vəziyyəti qaydaya salmağın yolunu tapaq” ifadəsini işlədib. Mask isə başı ilə təsdiq edərək razılıq əlaməti göstərib.
Dialoqun sonunda Tramp Maskın əlini sıxaraq ona sarılıb və “Sənin üçün darıxmışam” sözlərini deyib. Nəşr yazır ki, iki nüfuzlu şəxsin bu səmimi ünsiyyəti mərasim iştirakçılarının diqqətini çəkib.
