Tramp çıxışında Azərbaycanla Kambocanı səhv saldı

Tramp çıxışında Azərbaycanla Kambocanı səhv saldı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp American Cornerstone Institute's Founders' Dinner adlı tədbirdə Ağ Evdə Oval Ofisdə tərəflərlə keçirdiyi danışıqlar haqda çıxış edərkən diqqətçəkən səhvə yol verib. O, Azərbaycan və Ermənistan arasında baş verən Qarabağ münaqişəsindən bəhs edərkən Azərbaycanın adını səhvən Kamboca kimi çəkib. Qeyd edək ki, iki ölkənin aralasında 6500km məsafə var.

Redaksiya xəbər verir ki, Tramp danışıqları təsvir edərkən “əvvəlcə uzaq oturan iki şəxsin tədricən yaxınlaşaraq qucaqlaşması” nümunəsini çəkib və bunun “həll edilməz bir münaqişənin həllinə gətirdiyini” bildirib. Daha sonra isə Kambocanı və Ermənistanı qeyd edərək müharibənin yeni başladığını və bunun pis nəticələrini vurğulayıb.

Tramp çıxışında özünü dünyada müharibələrin sona çatdırılmasında uğurlar qazanmış lider kimi təqdim edib. O, Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə bir araya gətirdiyini, onların sülh razılaşmasına imza atdıqlarını, Qarabağ münaqişəsində dönüş nöqtəsi olduğunu söyləyib.

ABŞ Prezidenti nitqinin sonunda həll etməyə çalışdığı digər münaqişələrin siyahısını da sadalayıb. Onların sırasında Kosovo, Serbiya, İsrail, İran, Misir və Efiopiya olub. Tramp Efiopiya məsələsini açıqlayarkən bu ölkədə inşa edilmiş bənddən də bəhs edib.

Trampın açıqlamaları beynəlxalq medianın diqqətini çəkib və səhvi geniş müzakirələrə səbəb olub.