Tramp: “Azərbaycan və Ermənistanla sülh sazişi imzalamaq böyük şərəfdir”

Tramp: “Azərbaycan və Ermənistanla sülh sazişi imzalamaq böyük şərəfdir”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə on illərlə davam edən müharibə və itkilərdən sonra sülh sazişi imzalamaq mənim üçün böyük bir şərəfdir. Onlar iki böyük insan və iki böyük liderdir. Və indi onlar mənim çox yaxın dostlarımdır.”

Redaksiya xəbər verir ki, Tramp bu sözləri Vaşinqtonda keçirilən tarixi görüş və sülh sazişinin imzalanmasından sonra deyib.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu razılaşma Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm bir mərhələ ola bilər.

Sevinc Kərimova