Tramp Avropa İttifaqından Hindistan və Çinə qarşı rüsum tələb etdi

Tramp Avropa İttifaqından Hindistan və Çinə qarşı rüsum tələb etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını Hindistan və Çindən idxal olunan mallara 100 faiz gömrük rüsumu tətbiq etməyə çağırıb. Bu addım Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi məqsədi daşıyır.

Redaksiya Financial Times-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Avropa İttifaqı rəsmiləri ilə danışıqlar aparılır. Məlumata görə, Vaşinqton Moskvanı iqtisadi cəhətdən sıxışdırmaq üçün Brüssellə birgə yeni addımlar atmağı planlaşdırır.

Qeyd olunur ki, Tramp administrasiyası Çinin və Hindistanın Rusiya ilə enerji və ticarət əlaqələrini məhdudlaşdırmaq üçün əlavə mexanizmlər axtarır. Bu təklifin qəbul olunacağı təqdirdə, ABŞ və Aİ arasında koordinasiyalı sanksiya siyasətinin daha da güclənəcəyi bildirilir.