Tramp “Antifa”nı daxili terror təşkilatı elan etdi

Tramp “Antifa”nı daxili terror təşkilatı elan etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın maliyyə naziri Skott Bessent X platformasındakı yazısında bildirib ki, prezident Donald Tramp “Antifa”nı daxili terror təşkilatı elan edib. Onun sözlərinə görə, zorakılığı maliyyələşdirən və ya dəstəkləyən hər kəs məsuliyyət daşıyacaq.

Redaksiya xəbər verir ki, Trampın bu qərarı ölkədə etiraz aksiyaları və qarşıdurmalar fonunda qəbul olunub. ABŞ administrasiyası bəyan edib ki, zorakı hərəkətlərin qarşısını almaq və daxili təhlükəsizliyi təmin etmək üçün bütün hüquqi addımlar atılacaq.

Antifa – “anti-faşist” sözünün qısaldılmış formasıdır. ABŞ və Avropada müxtəlif sol yönümlü qrupların yaratdığı qeyri-rəsmi hərəkatdır. Antifa üzvləri özlərini irqçilik, faşizm və sağçı radikalizmə qarşı çıxan hərəkat kimi təqdim edirlər. Onların sabit bir strukturu və vahid rəhbərliyi yoxdur, lakin fəaliyyətləri çox vaxt küçə etirazları, aksiyalar və toqquşmalarla müşayiət olunur. ABŞ hökuməti isə onları zorakılığa meylli radikal qruplar kimi qiymətləndirir.