ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə tarixdəki ən böyük ticarət razılaşmalarından birinin əldə olunduğunu bəyan edib.
Redaksiya xəbər verir ki, Tramp bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, ABŞ-a Aİ ölkələrindən idxal olunan mallara tətbiq ediləcək gömrük rüsumu minimum 15% olacaq.
Bundan əlavə, Tramp bildirib ki, Aİ ölkələri ABŞ-dan 150 milyard dollar dəyərində hərbi texnika və enerji resursları alacaqlar.
Tramp bu sazişi ABŞ iqtisadiyyatı üçün böyük qələbə kimi qiymətləndirib və qeyd edib ki, bu razılaşma Avropa ilə ticarət balansında Vaşinqtonun maraqlarını daha yaxşı təmin edəcək.
Sevinc Kərimova
