ABŞ-ın hazırkı prezidenti Donald Tramp Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı rəsmi mərasimlə qarşılayıb. Görüşün ilk hissəsi mətbuat üçün açıq şəkildə baş tutub və tərəflər əl sıxaraq jurnalistlər qarşısında qısa açıqlamalar veriblər.
Redaksiya xəbər verir ki, danışıqların qalan hissəsi qapalı qapılar arxasında keçiriləcək. Liderlərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparacaqları gözlənilir.
Görüşün detalları barədə hələlik əlavə məlumat açıqlanmayıb. ABŞ və Türkiyə rəsmiləri yaxın saatlarda müzakirələrin nəticələri ilə bağlı ictimaiyyətə məlumat verəcəklərini bildiriblər.
