Tramp administrasiyasının Qəzza planı üzə çıxdı

Tramp administrasiyasının Qəzza planı üzə çıxdı

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın Washington Post nəşri yazır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının hazırladığı plana əsasən Qəzza ən azı 10 il müddətinə ABŞ-ın nəzarəti altında qalacaq.

Redaksiya xəbər verir ki, plana görə bölgədə yaşayan mülki şəxslərin ya xaricə, ya da müəyyən olunmuş məhdud zonalara köçürülməsi nəzərdə tutulur.

Məlumata əsasən, Qəzzanın gələcəkdə lüks turizm və yüksək texnologiya mərkəzinə çevrilməsi də bu planın tərkib hissəsidir.

Sevinc Kərimova