Tramp administrasiyası: Artıq çəkililərə viza verməyin

Tramp administrasiyası: Artıq çəkililərə viza verməyin

Sevinc Kərimova · Turizm ·

ABŞ-ın viza siyasəti ilə bağlı yeni məlumatlar müzakirələrə səbəb olub. Məlumatlara əsasən, artıq çəkiyə malik şəxslərin viza müraciətlərinə daha sərt yanaşılacağı iddia edilir.

Redaksiya ABŞ mediasına istinadən xəbər verir ki, CBS kanalı Tramp administrasiyasının səfirlik və konsulluqlara “bədən çəkisi meyarı” ilə bağlı əlavə təlimatlar göndərdiyini bildirib. Sənəddə artıq çəkili şəxslərin “ABŞ səhiyyə sistemi üçün potensial yük hesab edilə biləcəyi” qeyd olunur.

Mənbələrə görə, göstərişlərin məqsədi ABŞ-a daxil olan miqrant axınını daha məhdud parametrlər üzrə tənzimləməkdir. Lakin ekspertlər belə yanaşmanın diskriminasiya risklərini artırdığını və beynəlxalq humanitar normalarla çətin uzlaşdığını vurğulayırlar.

Məsələnin rəsmi təsdiqi hələlik təqdim olunmayıb. ABŞ Dövlət Departamentinin yaxın günlərdə bununla bağlı izahat verməsi gözlənilir.