Grönland çevresinde gerilim: Avrupa askeri varlığını artırıyor

Grönland çevresinde gerilim: Avrupa askeri varlığını artırıyor

Sona Osmanova · Siyasət ·

ABŞ, Danimarka və Qrenlandiya rəsmiləri arasında keçirilən kritik görüş razılaşma əldə olunmadan başa çatıb. Danışıqların nəticəsiz qalmasından sonra Danimarka və bir sıra Avropa ölkələri tərəfindən Qrenlandiyaya hərbi bölmələrin göndərildiyi açıqlanıb.

Redaksiya DW News-a istinadla xəbər verir ki, görüşdən dərhal sonra Avropa ölkələri Qrenlandiyaya ümumilikdə 31 hərbçi yerləşdirib. Məlumata görə, bu addım bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artması fonunda atılıb.

Açıqlanan siyahıya əsasən, Fransadan 15, Almaniyadan 13, Norveçdən 2 və Böyük Britaniyadan 1 hərbçi Qrenlandiyaya göndərilib. Göndərilən qüvvələrin əsas məqsədinin müşahidə və mövcudluq nümayişi olduğu bildirilir.

Polşanın Baş naziri Donald Tusk məsələ ilə bağlı açıqlamasında ABŞ tərəfindən Qrenlandiyaya mümkün hərbi müdaxilənin NATO üçün fəlakət olacağını bildirib. Onun sözlərinə görə, belə bir addım alyans daxilində ciddi siyasi və təhlükəsizlik böhranı yarada bilər.