Gazze'ye giriş-çıkışların Misirin koordinasiyası ilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə məlumatlar İsrailin 12-ci kanalında yayımlanıb. Məlumata görə, Misir sərhəddən keçəcək şəxslərin siyahısını 24 saat əvvəl İsrailə təqdim edəcək və İsrail tərəfi bunu təsdiqləyəcək. Avropa Birliyinin Refah Sərhəd Yardım Missiyasının (EUBAM Refah) yerləşdiyi keçid zonasından əvvəl isə İsrail təhlükəsizlik yoxlaması aparacaq.
Redaksiya məlumat verir ki, sabahdan etibarən sərhəd qapısından məhdud sayda insanın keçməsinə icazə veriləcək. Belə ki, gündə 150 nəfərin Qəzzadan çıxmasına, 50 nəfərin isə geri dönməsinə icazə veriləcək. Misirdən gələn humanitar yardım karvanlarının Refah Sərhəd Qapısı üzərindən Qəzzaya girişinə isə icazə verilməyəcək.
İsrailin may 2024-cü ildən bəri bağlı saxladığı və öz nəzarətində saxladığı Misir-Qəzza sərhədindəki Refah Sərhəd Qapısını açması və humanitar yardımların müəyyən edilmiş miqdarda bölgəyə girişinə icazə verməsi də razılaşmanın ilk mərhələsindəki öhdəliklər arasında idi. Oktyabrın 10-da Həmas və İsrail arasında başlayan atəşkəs razılaşmasına əsasən, İsrail ordusu Qəzza daxilində "Sarı Xətt" adlandırılan və sərhəd qapısının da yer aldığı Refah bölgəsini işğal edir. Razılaşmanın birinci mərhələsində öhdəliyini yerinə yetirməkdən imtina edən İsrail, Refah Sərhəd Qapısının yalnız piyada keçidinə məhdud olaraq açılacağını bildirmişdi. İsrail mətbuatı Refah Sərhəd Qapısının bu gün yalnız sınaq məqsədilə açıldığını, piyadaların keçidinə isə sabah başlanacağını yazıb. Refah Sərhəd Qapısının "sınaq məqsədilə" açılmasına dair İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.
