Makron, Trump'ın Gazze "Barış Konseyi"ne katılmaktan kaçındı

Makron, Trump'ın Gazze "Barış Konseyi"ne katılmaktan kaçındı

Sona Osmanova · Siyasət ·

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı yaratdığı “Sülh Şurası”na qoşulmaq niyyətində deyil. Buna səbəb kimi Makronun BMT-nin beynəlxalq proseslərdəki təsirinin azalmasından narahat olması göstərilir.

Redaksiya Bloomberg-ə istinadla xəbər verir ki, Fransa lideri yeni təşkilatın nizamnaməsinin yalnız Qəzza zolağı ilə bağlı məsələlərlə məhdudlaşmadığını və bu çərçivənin daha geniş səlahiyyətlər nəzərdə tutduğunu hesab edir. Məhz bu məqam Emmanuel Makron üçün ciddi narahatlıq doğurur.

Mənbənin məlumatına görə, Paris hesab edir ki, belə bir qurumun formalaşdırılması Birləşmiş Millətlər Təşkilatının regionda əsas rolunu zəiflədə və mövcud beynəlxalq mexanizmləri kənarda qoya bilər. Fransa tərəfi bu riskləri nəzərə alaraq prosesdə iştirakdan çəkinir.

Xatırladaq ki, “Sülh Şurası” ABŞ-nin Qəzza üzrə sülh planının tərkib hissəsi kimi yaradılır. Vaşinqtonun planına əsasən, şura Qəzza sektorunun bərpasını idarə edəcək, beynəlxalq maliyyə vəsaitlərini səfərbər edəcək və yeni Qəzza hökumətinin fəaliyyətinə nəzarət göstərəcək. Şuranın hər bir üzvü konkret bir sahəyə cavabdeh olacaq.