"Bakı Gəmiqayırma Zavodu" MMC, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) 5 milyon ABŞ dolları məbləğində faizsiz borc alıb.
Tərəflər arasında bu barədə müqavilə dekabrın 8-də imzalanıb.
Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 31 yanvar 2028-ci il tarixinədək tam olaraq geri qaytarılmalıdır.
Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində həyata keçirilib. (Report)
