Tokayev Trampa: Göydən göndərilmiş böyük lider və xadim

Tokayev Trampa: Göydən göndərilmiş böyük lider və xadim

Sevinc Kərimova · Siyasət ·

Qazaxıstan Prezidenti Kasım-Comərd Tokayev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Tərəflər strateji əhəmiyyətli nadir və kritik mədən ehtiyatlarının hasilatı və tədarükü sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Razılaşma sənaye və enerji təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

Redaksiya xəbər verir ki, Tokayev görüş zamanı Trampı “göydən göndərilmiş böyük lider və dövlət xadimi” adlandıraraq onun qlobal siyasətdə təsir gücünü yüksək qiymətləndirib. Razılaşma çərçivəsində texnologiya transferi, birgə istehsal və yeni investisiya proqramlarının həyata keçirilməsi də nəzərdə tutulur.

Bununla yanaşı, Qazaxıstanın İsrail ilə diplomatik münasibətlərində yeni mərhələ başlayır. Rəsmi Astananın regionda normallaşma prosesini nəzərdə tutan İbrahim Sazişinə rəsmən qoşulacağı bildirilib. Bu addımın Qazaxıstanın həm Yaxın Şərq, həm də Qərb ölkələri ilə siyasi və iqtisadi əlaqələrini genişləndirəcəyi gözlənilir.