TikTok-un ABŞ aktivləri satılır, Oracle alqoritm üzərində nəzarət edəcək

TikTok-un ABŞ aktivləri satılır, Oracle alqoritm üzərində nəzarət edəcək

Fərid Əlizadə · Texnologiya ·

ABŞ-da “TikTok”un taleyi ilə bağlı mühüm qərar qəbul olunub. Şirkətin ölkədəki aktivləri əsasən amerikalılardan ibarət mülkiyyətçi qrupa satılacaq. Razılaşmaya görə, tətbiqin alqoritmi və ABŞ istifadəçilərinə aid məlumatlar üzərində nəzarəti “Oracle” şirkəti həyata keçirəcək.

Redaksiya CNN-ə istinadla xəbər verir ki, bu addım ABŞ hakimiyyətinin “TikTok” üzərində milli təhlükəsizliklə bağlı narahatlıqlarından sonra atılıb. Vaşinqton uzun müddətdir tətbiqin Çinlə əlaqəli olması səbəbindən istifadəçi məlumatlarının təhlükəsizliyi mövzusunu gündəmə gətirirdi.

Yeni razılaşma nəticəsində “TikTok” ABŞ bazarında fəaliyyətini davam etdirəcək. Bununla belə, platformanın gələcəkdə ölkə daxilində tam nəzarətə keçməsi üçün əlavə hüquqi və inzibati prosedurların davam edəcəyi gözlənilir.