Telegram-ın qurucusu Pavel Durov Fransa hökumətinin X platformasına və İlon Maska qarşı ittihamlarını sərt tənqid edib.
Redaksiya məlumat verir ki, Durov Fransa hakimiyyətini X-i ittiham etdiyi addımları özü həyata keçirməkdə günahlandırıb.
Onun sözlərinə görə, Fransa hökuməti şəxsi məlumatların qanunsuz toplanması, məlumatların lazımi təhlükəsizlik olmadan emalı, avtomatlaşdırılmış sistemlərdən data çıxarılması və elektron kommunikasiyaların məxfiliyinin pozulması kimi məsələlərdə ikiüzlü mövqe tutur.
Durov iddia edib ki, Fransa hakimiyyəti 2027-ci ildə mümkün siyasi dəyişikliklərdən narahatdır və buna görə azad söz platformalarını müxtəlif bəhanələrlə susdurmağa çalışır.
Telegram rəhbəri “azad dünya”nı İlon Mask və X platformasının yanında olmağa çağırıb.
Durov bildirib ki, Telegram X-in azadlıqlar uğrunda mübarizəsini dəstəkləyir.
