Telegram istifadəçiləri messencerdəki tərcümə funksiyasının işləməməsi ilə bağlı problemlərlə üzləşib.
Redaksiya xəbər verir ki, həm şəxsi yazışmalarda, həm də ictimai kanallarda paylaşılan mesaj və yazılar üçün nəzərdə tutulan avtomatik tərcümə seçimi hazırda işlək vəziyyətdə deyil.
Problemin səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. Texniki nasazlığın qlobal xarakter daşıdığı dəqiqləşdirilib.
Qeyd edək ki, Telegram platformasında inteqrasiya olunmuş tərcümə funksiyası son illərdə xüsusilə beynəlxalq istifadəçilər üçün populyar imkanlardan biri hesab olunur. İstifadəçilər problemin tezliklə aradan qaldırılmasını gözləyir.
Fərid Əlizadə
