Telegram-da Start düyməsinə toxunmayın!

Telegram-da Start düyməsinə toxunmayın!

Fərid Əlizadə · Texnologiya ·

Telegram-da istifadəçiləri hesablarından məhrum edən son dərəcə hiyləgər sxem yayılıb. Sadəcə bir dəfə “Start” düyməsinə basmaq kifayətdir ki, hesabınız əbədi olaraq bloklansın.

Redaksiya xəbər verir ki, fırıldaq sxemi aşağıdakı şəkildə işləyir:

  1. İstifadəçi ehtiyatsızlıqla naməlum bir botda “Start” düyməsinə klikləyir.
  2. Dələduzlar botun adını “Telegram Wallet” və ya “Support Bot” kimi rəsmi səslənən bir adla dəyişirlər.
  3. Botun inzibati hüquqları istifadəçiyə – yəni sizə ötürülür və sizin adınızla kütləvi şikayətlərə başlanılır.
  4. Telegram botun sahibi kimi sizi müəyyənləşdirir və dərhal hesabınızı bloklayır.
  5. Hesabınız sistemdən silinir və onu bərpa etmək imkanı olmur.

Heç vaxt tanımadığınız botlarda “Start” düyməsinə basmayın, hətta çox maraqlı belə olsa, riskə getməyin.

Bu məlumatı yayaraq başqalarının da hesablarını qorumağa kömək edin.

Fərid Əlizadə