İsrailin paytaxtı Tel-Əvivdə yüzlərlə fəal küçələrə çıxaraq əsir mübadiləsi və atəşkəs razılaşmasının imzalanmasını tələb edib. Etirazçılar şəhərin əsas yollarını avtomobil hərəkətinə bağlayıblar.
Redaksiya xəbər verir ki, aksiya iştirakçıları hökuməti danışıqları sürətləndirməyə və girovların tez bir zamanda azad olunmasına çağırıblar. Onlar həmçinin Qəzza zolağında davam edən hərbi əməliyyatların dayandırılmasını tələb ediblər.
Etirazlar zamanı polis gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. İsrail cəmiyyətində son aylarda girovların taleyi və Qəzza müharibəsinin davamı ilə bağlı geniş narazılıq müşahidə olunur.
Sevinc Kərimova
