"Tam istədiyiniz market" sloqanı ilə fəaliyyət göstərən "Tamstore" marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley – 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib. Bu gün açılan yeni Binəqədi mağazası ilə şəbəkənin ümumi sayı 100 olub. Şirkət hazırda 300-dən çox ofis əməkdaşı, həmçinin 4000-ə yaxın mağaza personalı ilə “mini”, “city” və “super” olmaqla üç fərqli formatda müştərilərə xidmət göstərir.
Yubiley açılışı münasibətilə mediaya açıqlama verən "Tamstore" Marketlər Şəbəkəsinin baş icraçı direktoru Ceyhun Yusubov bildirib ki, qarşıya qoyulan üç ilə 100 mağaza hədəfi komandanın böyük əməyi sayəsində daha tez və uğurla tamamlanıb. Hazırda marketlər şəbəkəmiz Bakıda 56, Abşeronda 8, Sumqayıtda 6, Naxçıvanda 2 və regionlarda 28 mağaza ilə hər gün 200 minə yaxın müştəriyə xidmət göstərir.
O bildirib ki, bu göstəricilər sadəcə rəqəm deyil, illər ərzində onlara güvənən xalqımızın və onlara xidmət göstərən komanda üzvlərinin birgə əməyinin nəticəsidir. Ceyhun Yusubov yüzüncü mağazanın onlar üçün yeni bir başlanğıc xətti olduğunu, qarşıdakı dövrdə hədəflərinin daha çox regiona çatmaq, xidmət səviyyəsini və rəqəmsal təcrübəni gücləndirməklə Tamstore brendini Azərbaycanda etibarın ünvanına çevirmək olduğunu bildirib və bu yolda "Tamstore"u seçən hər kəsə təşəkkürünü ifadə edib.
Video link: https://www.youtube.com/watch?v=Mn9jGmlD8Ss
