Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:
- Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində - avqustun 27-si saat 22:00-dan;
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində - avqustun 27-si saat 22:00-dan;
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində - avqustun 28-i saat 20:00-dan;
- Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində - avqustun 28-i saat 20:00-dan;
- Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsində - avqustun 31-i saat 16:00-dan.
