Suriya Respublikasının cənubunda aparılan əməliyyat nəticəsində külli miqdarda silah-sursat ələ keçirilib. Bu barədə Suriya Daxili İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir. Əməliyyat Süveyda vilayəti ətrafında silah qaçaqçılığı ilə məşğul olan qruplara qarşı həyata keçirilib.
Redaksiya məlumat verir ki, təhlükəsizlik qüvvələri Busra Şam və Beka yolu istiqamətində qanunsuz qrupların silah daşıma cəhdini aşkar ediblər. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı şübhəlilərin atəş açması nəticəsində qarşıdurma yaranıb.
Qarşıdurma zamanı 2 şübhəli zərərsizləşdirilib, 2 nəfər yaralanıb və 2 nəfər saxlanılıb. Əməliyyat çərçivəsində çox sayda silah və sursat ələ keçirilib. Təhlükəsizlik qüvvələri bölgədə asayişi təmin etmək və qanunsuz ünsürlərlə mübarizə aparmaq istiqamətində işlərini davam etdirirlər.
