Suriya yeni banknotlardan Əsəd portretlərini çıxarmağa qərar verdi

Suriya yeni banknotlardan Əsəd portretlərini çıxarmağa qərar verdi

Sevinc Kərimova · Dünya ·

Suriya daxilində uzun illər davam edən müharibədən sonra formalaşan yeni hökumət ölkənin iqtisadi böhranını yüngülləşdirmək üçün radikal addımlar atır. Son illərdə sürətlə dəyər itirən Suriya funtu hazırda bazarda 10 minlik səviyyədə dövriyyədədir.

Redaksiya xəbər verir ki, yeni hökumət 8 dekabr tarixində yeni banknotları dövriyyəyə buraxacaq və milli valyutadan iki sıfır atılacaq. Ən diqqətçəkən dəyişiklik isə bundan sonra pul əsginaslarında Beşər Əsəd və atası Hafiz Əsədin portretlərinin yer almayacaq olmasıdır.

Suriya Mərkəzi Bankının açıqlamasına görə, yeni əsginasların hazırlanması üçün Rusiya dövlət şirkəti “Guznak” ilə əməkdaşlıq razılaşdırılıb. Bu şirkət Əsəd rejiminin hakimiyyəti dövründə də Suriya pullarının çapında iştirak etmişdi.

Ekspertlərin rəyinə əsasən, pul vahidindən sıfır atmaq təkbaşına inflyasiya və iqtisadi böhranı aradan qaldırmayacaq. Lakin yeni hökumət bu addımı həm iqtisadi sabitlik, həm də ictimaiyyətə “yeni başlanğıc” mesajı vermək baxımından əhəmiyyətli hesab edir.

Sevinc Kərimova