Suriya Prezidenti Əhməd Şara: Ölkəmiz müharibə istəmir

Suriya Prezidenti Əhməd Şara: Ölkəmiz müharibə istəmir

Sevinc Kərimova · Siyasət ·

Suriya Prezidenti Əhməd Şara bəyan edib ki, Dəməşq regional gərginliklərdən uzaq qalmaq və qonşu ölkələrə, o cümlədən İsrailə təhlükə yaratmamaq niyyətindədir.

Redaksiya xəbər verir ki, Əhməd Şara Prezident Sarayına edilən hücumu “müharibə elanına bərabər bir mesaj” adlandırıb və Suriya hökumətinin belə təxribatlara cavab vermək istəmədiyini vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Rusiya ilə hərbi qarşıdurmaya girmək Suriyanın maraqlarına uyğun deyil. “Hazırda Rusiya ilə toqquşmaq həm iqtisadi, həm də siyasi baxımdan ölkəmiz üçün çox baha başa gələr. Bizim hədəfimiz sabitlik və təhlükəsizliyi qorumaqdır,” – deyə Əhməd Şara bildirib.