Yerli mənbələrin məlumatına görə, Suriya ordusu ölkə üzrə ümumi səfərbərlik elan edib. Rakka və Deyrizor bölgələrində SDQ/YPG silahlı qruplaşması ilə Suriya ordusu və ərəb aşirət qüvvələri arasında qarşıdurmalar davam edir. SDQ-yə məxsus 50-dən çox “Hummer” tipli hərbi maşından ibarət konvoyun Bahra istiqamətindən Granic qəsəbəsinə daxil olduğu bildirilir.
Redaksiya xəbər verir ki, mənbələrə görə, Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid pilotsuz uçuş aparatları Ayn İsa və Rakka üzərində uçuşlar həyata keçirir. Rakka ətrafında Suriya ordusu ilə SDQ/YPG arasında şiddətli döyüşlərin getdiyi, kimliyi müəyyən olunmamış şəxslərin Rakka şəhərində avtomobildə olan 5 SDQ üzvünə pusqu quraraq zərərsizləşdirdiyi qeyd olunur.
Suriya mənbələrinin açıqlamasına görə, qısa müddət əvvəl Rakka vilayətinin qərbində yerləşən El-Cerniye qəsəbəsi yaxınlığında SDQ/YPG-yə məxsus silah-sursat anbarı Türkiyəyə məxsus pilotsuz uçuş aparatı tərəfindən hədəf alınıb. Eyni zamanda, aşirət qüvvələrinin SDQ mövqelərinin yerləşdiyi Granij qəsəbəsinə doğru hərəkətə hazırlaşdığı bildirilir.
Sevinc Kərimova
