Rekord: Süni intellektlər investor oldular. Uoll Strit panikada

Rekord: Süni intellektlər investor oldular. Uoll Strit panikada

Fərid Əlizadə · İqtisadiyyat ·

Süni intellekt modelləri sınaq məqsədilə investor kimi fəaliyyət göstərməyə başlayıb və ən çox maraq doğuran modellərin hər birinə 10 min dollar məbləğində kapital ayrılıb. Maraqlıdır ki, nəticələr gözləniləndən də fərqli olub.

Redaksiya xəbər verir ki, DeepSeek adlı süni intellekt modeli cəmi iki gün ərzində sərmayəsini 30 faiz artıraraq bütün rəqiblərini geridə qoyub. Eyni təcrübədə iştirak edən ChatGPT və Gemini isə mənfi nəticə göstərib və zərərə düşüb.

Ekspertlərin sözlərinə görə, bu hadisə Uoll Stritdə (Wall Street) ciddi müzakirələrə səbəb olub və investorlar panikaya düşüblər. Analitiklər qeyd edirlər ki, süni intellektin bazar davranışlarını təhlil etmə və investisiya qərarları vermə qabiliyyəti maliyyə sistemində yeni bir dövrün başlanğıcı ola bilər.