Süni intellekt: Londonun bu müharibəyə pulu çatmaya bilər

Süni intellekt: Londonun bu müharibəyə pulu çatmaya bilər

Yulduz Səlimov · Media ·

Britaniya hərbçiləri süni intellektdən istifadə edərək Rusiya ilə mümkün NATO münaqişəsini modelləşdiriblər.

Redaksiya Bloomberg-ə istinadla xəbər verir ki, “Arcade Strike” adlı təlimlərdə yüzlərlə britaniyalı hərbçi London metrosunun tərk edilmiş stansiyasında “Rusiyanın Estoniyada NATO-ya hücumu” ssenarisini işləyib.

Təlimlərdə süni intellekt, pilotsuz uçuş aparatları və ASGARD adlı yeni döyüş idarəetmə sistemi istifadə olunub.

Məlumata görə, texnologiya rus qoşunlarının çıxarılması və itirilmiş ərazilərin geri qaytarılması üzrə əməliyyat planını üç gün əvəzinə cəmi iki saata hazırlamağa imkan verib.

Lakin təlimlər London üçün ciddi problemi də üzə çıxarıb. Britaniya hərbçiləri ölkənin lazımi texnologiyaları çox yavaş aldığını və ordunu 2030-cu ilə qədər tam hazırlamağa vaxt çatmaya biləcəyini etiraf ediblər.

Bloomberg yazır ki, NATO qiymətləndirmələrinə görə, həmin dövrdə Rusiya təhlükəsi ən yüksək səviyyəyə çata bilər.

Moskva isə dəfələrlə bildirib ki, Avropa İttifaqı və NATO ölkələrinə hücum planı yoxdur.

Ekspertlər hesab edirlər ki, təlimlər Britaniya ordusunun gələcək müharibələrdə Sİ və dron texnologiyalarına daha çox bel bağlayacağını, lakin maliyyə və satınalma tempinin əsas zəif nöqtə olaraq qaldığını göstərir.