Süni intellekt Çində itirilmiş ailə üzvünü canlandırdı

Süni intellekt Çində itirilmiş ailə üzvünü canlandırdı

Aytac Dəniz · Media ·

Çində bir ailə 2025-ci ilin əvvəlində yol qəzasında həyatını itirmiş yaxınını süni intellekt (Sİ) avatarları ilə əvəz edib. Bu addım 80 yaşlı analarını kədərləndirməmək məqsədi daşıyırdı.

Redaksiya məlumat verir ki, ailə dünyasını dəyişmiş şəxsin foto və videolarını toplayaraq rəqəmsal klon yaradıb. Hazırda bu klon mütəmadi olaraq anaları ilə ünsiyyətdə olur.

Bu vəziyyət süni intellektin insan münasibətlərinə təsiri ilə bağlı suallar doğurur. Texnologiyanın istifadəsi yaxınlarını itirmiş insanların kədər prosesinə necə təsir edir və ailələr sevdiklərinin xatirəsini qorumaq üçün bu üsula əl atarkən emosional və etik aspektlər də nəzərə alınmalıdır.