Sülh Şurası Nizamnaməsi qüvvəyə minməsi və təsis olunması

Sülh Şurası Nizamnaməsi qüvvəyə minməsi və təsis olunması

Sevinc Kərimova · Siyasət ·

Sülh Şurasının Nizamnaməsi bu gün rəsmi olaraq qüvvəyə minib və qurum beynəlxalq təşkilat statusunda fəaliyyətə başlayıb. Tərəflərin imza mərasimi qlobal təhlükəsizlik və regional nizamlanma prosesində yeni mərhələ kimi qiymətləndirilir.

Redaksiya xəbər verir ki, imzalanma mərasimində çıxış edən ABŞ prezidenti Donald Tramp bu addımı “çoxdan bəri hazırlanmış çox həyəcanlı bir gün” və “bütün görüşlərin ən vaciblərindən biri” kimi dəyərləndirib. O bildirib ki, Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatı ilə birgə “istədiyimizi demək olar ki, edə biləcəyimiz” yeni mexanizm qurur.

Mərasimdə Türkiyə, ABŞ, Azərbaycan, İndoneziya, Argentina, Macarıstan, Mərakeş, Pakistan və Kosovo Sülh Şurasının təsis sənədinə imza atıblar. Bu siyahı yeni təşkilatın geosiyasi spektrinin genişliyini və müxtəlif regionları əhatə edən əməkdaşlıq platforması yaratdığını göstərir.

ABŞ prezidenti Donald Tramp çıxışının bir hissəsini Qəzza məsələsinə həsr edərək, bölgənin “demilitarizasiya olunması, düzgün idarə edilməsi və gözəl şəkildə yenidən qurulması” üçün öhdəlik götürdüyünü bildirib. O, əldə olunan atəşkəsin humanitar yardım baxımından rekord səviyyədə çatdırılma ilə nəticələndiyini vurğulayıb.

Yeni təşkilatın fəaliyyət mexanizminin növbəti mərhələdə formalaşdırılması və üzv ölkələr arasında koordinasiyasının gücləndirilməsi gözlənilir. Qlobal diplomatiyada təsir gücünü artırmağı hədəfləyən Sülh Şurasının bölgə münaqişələrinin həllində hansı rol oynayacağı növbəti proseslərdə aydınlaşacaq.