Starlink Azərbaycanda qiymətləri endirdi

Starlink Azərbaycanda qiymətləri endirdi

Fərid Əlizadə · Texnologiya ·

İlon Maskın Starlink internet provayderi Azərbaycanda ROAM (paketi) istifadəçiləri üçün avadanlıq qiymətlərini əhəmiyyətli dərəcədə endirib. Artıq Starlink Mini dəsti AZN 238 (340 AZN), Standard Kit isə AZN 469 (670 AZN) qiymətinə təklif olunur. Endirim 1 dekabr tarixinədək qüvvədədir. Şərt yoxdur, 30 günlük sınama müddəti mövcuddur və sifarişlər 4 həftə ərzində göndərilir.

Redaksiya xəbər verir ki, yerli qanunvericiliyə əsasən, xidmətdən istifadə üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sifariş verdikdən sonra hesab panelində qeydiyyatı tamamlamaq üçün sənəd yükləmə bölməsi açılacaq. “Əlaqə məlumatları” bölməsindəki ad şəxsiyyət vəsiqəsindəki adla tam uyğun olmalıdır, əks halda sifariş icra edilmir.

Tarif: ROAM 50GB qiyməti ayda 90₼ təşkil edir. İlk aylıq ödəniş, dəst çatdırıldıqdan sonra aktivləşdirmə zamanı və ya maksimum 30 gün ərzində tətbiq olunur.

Starlink "Pause" sistemi və hansı paketlərdə işlədiyini izah etdiyimiz əvvəlki xəbərə nəzər salın.