ABŞ Konqresinin üzvü Maryori Teylor Qrin keçmiş prezident Con Kennedinin qətlini İsrailin nüvə proqramı ilə əlaqələndirib.
Redaksiya xəbər verir ki, Qrin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirib: “Bir zamanlar amerikalıların sevdiyi böyük bir prezident vardı. O, İsrailin nüvə proqramına qarşı çıxırdı. Sonra isə qətlə yetirildi.”

Qrin, prezident Kennedinin 1963-cü ildə sui-qəsd nəticəsində öldürülməsinin arxasında bu amilin dayana biləcəyini iddia edib.
Açıqlama ABŞ ictimaiyyətində və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. İddia ilə bağlı rəsmi mənbələr hələlik açıqlama verməyib.
Sevinc Kərimova
