Şəhidlər xiyabanındakı anım mərasimindən sonra Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov və təşkilatın nümayəndələri 44 günlük Vətən müharibəsinin qəhrəmanı, şəhid Elvin Şıxəliyevin ailəsini evində ziyarət ediblər. Səmimi söhbət ətrafında keçən görüşdə şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolu bir daha fəxrlə yad olunub.
Redaksiya-nın bölgə müxbiri xəbər verir ki, ziyarət zamanı YAP Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov vurğulayıb ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələri dövlətimizin və partiyamızın hər zaman ən ali diqqət mərkəzindədir. Elvin kimi cəsur oğulların göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillər üçün hər zaman örnək olacaqdır.
Şəhid Elvin Şıxəliyevin ailə üzvləri də öz növbəsində onlara göstərilən davamlı mənəvi dəstəyə, övladlarının əziz xatirəsinin doğum günündə uca tutulmasına görə ölkə rəhbərliyinə və partiya təşkilatına dərin minnətdarlıqlarını ifadə ediblər.
