Şirkətlər “Bank Respublika”dan pullarını geri çəkir - 261 milyonluq AZALMA

Şirkətlər “Bank Respublika”dan pullarını geri çəkir - 261 milyonluq AZALMA

Aytac Dəniz · İqtisadiyyat ·

“Bank Respublika” ASC-nin depozit portfeli 2026-cı ilin ilk 9 ayında 19,2% və ya 260,6 milyon manat azalaraq 1 milyard 96,6 milyon manata enib.

2025-ci ilin sonunda bankın depozit portfeli 1 milyard 357,2 milyon manat təşkil edirdi.

Azalmanın əsas hissəsi hüquqi şəxslərin depozitlərinin payına düşüb. Belə ki, şirkətlərin bankdakı vəsaitləri 34,7% və ya 261,6 milyon manat azalaraq 491,8 milyon manata düşüb. Ötən ilin sonunda bu göstərici 753,4 milyon manat olub.

Fiziki şəxslərin depozitləri isə 0,2% və ya 1 milyon manat artaraq 604,7 milyon manata çatıb.

Bununla yanaşı, hesabat dövründə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 14,9% və ya 150 milyon manat artaraq 1 milyard 159,6 milyon manata yüksəlib.

Bankın cəmi aktivləri isə 2,5% və ya 66,9 milyon manat azalaraq 2 milyard 658,6 milyon manat təşkil edib.

Plat.az