"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
Söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək, 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
"Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.

"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır
Aytac Dəniz · İqtisadiyyat ·