Səudiyyə Həcc bölgələrində hava müdafiəsini gücləndirdi

Səudiyyə Həcc bölgələrində hava müdafiəsini gücləndirdi

Yulduz Səlimov · Media ·

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Həcc bölgələri ətrafında yerləşdirilən hava hücumundan müdafiə batareyalarının görüntülərini paylaşıb.

Redaksiya xəbər verir ki, sistemlər Həcc təhlükəsizliyi tədbirləri çərçivəsində strateji nöqtələrdə yerləşdirilib.

Məlumata görə, məqsəd müqəddəs məkanlar, zəvvarların hərəkət marşrutları və əsas infrastruktur obyektləri üzərində hava təhlükəsizliyini gücləndirməkdir.

Həcc mövsümündə milyonlarla zəvvarın Məkkə və ətraf bölgələrə toplaşması səbəbilə Səudiyyə hakimiyyəti təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırır.

Hava müdafiə sistemlərinin yerləşdirilməsi regionda dron və raket təhdidlərinin artdığı dövrə təsadüf edir.

Səudiyyə rəsmiləri bildirirlər ki, bütün təhlükəsizlik qurumları Həcc mərasimlərinin sabit və təhlükəsiz şəkildə keçirilməsi üçün koordinasiyalı rejimdə işləyir.