Səudiyyə Ərəbistanı Süveydaya Suriya ordusunun yerləşdirilməsinə dəstək verdi

Səudiyyə Ərəbistanı Süveydaya Suriya ordusunun yerləşdirilməsinə dəstək verdi

Sevinc Kərimova · Siyasət ·

Səudiyyə Ərəbistanı Süveyda şəhərinə Suriya hökumət qüvvələrinin yerləşdirilməsinə rəsmi şəkildə dəstək verdiyini ABŞ tərəfinə bildirib.

Redaksiya xəbər verir ki, bu mövqe İsrailin etirazlarına baxmayaraq dəyişməyib. Ər-Riyad bölgədə sabitliyin bərpası və silahlı qarşıdurmaların qarşısının alınması üçün Dəməşq hökumətinin atdığı bu addımı dəstəklədiyini bəyan edib.

Diplomatik mənbələrə görə, Səudiyyə Ərəbistanı bu qərarı Suriyada vahid dövlət nəzarətinin bərpası və Dürzi icması ilə hökumət arasında dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirir.

Sevinc Kərimova