Səudiyyə Ərəbistanının 2031-ci ilə qədər milyarderlərin say artımında dünyanın aparıcı ölkələrindən birinə çevriləcəyi proqnozlaşdırılır.
Redaksiya Knight Frank-ın hesabatına istinadla xəbər verir ki, ölkədə milyarderlərin sürətli artımına Vision 2030 proqramı əsas təkan verən amillərdən biri kimi göstərilir.
Məlumata görə, texnologiya, turizm, daşınmaz əmlak, sənaye və digər iqtisadi sahələrin inkişafı Səudiyyə Ərəbistanında yüksək sərvət sahiblərinin sayını artırır.
Krallıq iqtisadiyyatını neftdən asılılıqdan uzaqlaşdırmaq, xarici investisiyaları cəlb etmək və iri infrastruktur layihələri vasitəsilə yeni kapital mərkəzinə çevrilmək istəyir.
Knight Frank qeyd edir ki, milyarderlərin sayı Polşa, Hindistan, İndoneziya və Malayziya kimi ölkələrdə də sürətlə artır.
Xüsusilə Polşada milyarder sayının 123 faiz artacağı proqnozlaşdırılır. Bu artım sənaye bazasının genişlənməsi, iqtisadi miqyasın böyüməsi və xarici investisiyaların cəlbi ilə əlaqələndirilir.
Hesabatda qlobal kapitalın getdikcə Asiya, Yaxın Şərq və Latın Amerikası istiqamətinə yönəldiyi vurğulanır.
Ekspertlər hesab edirlər ki, bu proses dünya sərvət xəritəsinin dəyişdiyini və ənənəvi Qərb maliyyə mərkəzləri ilə yanaşı yeni regional sərvət mərkəzlərinin gücləndiyini göstərir.
