Sərgi iştirakçılarına ŞAD XƏBƏR! – ödənişsiz avtobuslar xidmət göstərəcək

Sərgi iştirakçılarına ŞAD XƏBƏR! – ödənişsiz avtobuslar xidmət göstərəcək

Fərid Əlizadə · İqtisadiyyat ·

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyun tarixlərində ödənişsiz avtobus marşrutu xidmət göstərəcək.

Marşrut 4 gün ərzində saat 08:00-18:30 aralığında hər iki istiqamətdə hərəkətdə olacaq.

Ödənişsiz avtobusların hər birinin üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” yazılacaq.

Marşrut xətti:

Koroğlu Metro Stansiyası (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı) – Bakı Ekspo Mərkəzi

Hər kəsi yerli şirkətlərin tanıtım sərgisində iştiraka dəvət edirik. Sərgiyə giriş ödənişsizdir.

Tarix: 18-21 iyun
Ünvan: Bakı Ekspo Mərkəzi