Səlcuq Bayraktarın NSocial adlı platforması çökdü

Səlcuq Bayraktarın NSocial adlı platforması çökdü

Sevinc Kərimova · Siyasət ·

Türkiyə mərkəzli NSosial platformasının ötən axşam saatlarından etibarən fəaliyyətində ciddi nasazlıqlar yaşayıb. Hazırda isə istifadəçilər giriş, səhifə görüntüləmə və paylaşım zamanı müxtəlif texniki xətalarla qarşılaşıblar.

Redaksiya xəbər verir ki, istifadəçilərə belə bildiriş göndərilib: “Serverlə əlaqədə problem yarandı. Bu, yəqin ki, sizdən qaynaqlanmır. Yenidən yoxlayın.” Problemlər səbəbindən post paylaşmaq, görüntüləmək mümkün olmayıb.

Qeyd edək ki, NSosial platforması Səlcuq Bayraktarın dəstəyi ilə Teknofest gəncləri tərəfindən yaradılıb. Platformanın bərpası ilə bağlı hələ rəsmi açıqlama verilməyib.