Saytlar niyə çöküb? – AÇIQLAMA VERİLDİ

Saytlar niyə çöküb? – AÇIQLAMA VERİLDİ

Fərid Əlizadə · Texnologiya ·

Bu gün Cloudflare-in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. Cloudflare-in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, "Cloudflare Error" tipli xətalar görünür.

Redaksiya xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz məlumat verib.

Onun sözlərinə görə, Cloudflare üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik Cloudflare-dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.

Cloudflare qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir.